2017-ci ildən 2022-ci ilin avqust ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 889,3 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın sentyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu ilin sentyabr ayında isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 24,7 milyon ABŞ dolları olub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon dollar yaxud 47,9% çoxdur. (Report)