Sentyabrın 23-dən Belarus 250-dən çox mallarının ölkədən çıxarılmasına müvəqqəti qadağa tətbiq edir.
Eləcə də bax: "Moody's": “Belarus xarici borcunu defolt edib”
FED.az xəbər verir ki, ölkə baş nazirinin birinci müavini Nikolay Snopkovun imzaladığı müvafiq fərman cümə axşamı milli hüquqi internet portalında dərc olunub.
“Siyahıya uyğun malların Belarus Respublikasından kənara ixracına müvəqqəti qadağa qoyulsun”, - sənəddə deyilir.
İxracı qadağan olunan malların siyahısına dəmir yolu lokomotivləri, vaqonlar, traktorlar, avtomobillər, motosikletlər, velosipedlər, tibbi təyinatlı məhsullar, müxtəlif alət və avadanlıqlar, qaz generatorları, istilik avadanlıqları, mühərriklər, soyuducu və dondurucu avadanlıqlar, buldozerlər, kənd təsərrüfatı və meşə təsərrüfatı üçün avadanlıqlar, kənd təsərrüfatı maşınları, müxtəlif növ dəzgah məhsulları, kompüterlər, batareyalar, tozsoranlar, telefonlar, elektrik avadanlıqları və bir sıra digər məhsullar daxildir.
Qeyd edək ki, Gəncə Avtomobil Zavodu traktor, kombayn və yük maşınlarını Belarusdan idxal etdiyi hissələr hesabına yığır. (Marja)