Dünyanın bir sıra ölkələrində meyvə-tərəvəzin markalaşaraq bazarlara çıxarılması halları geniş yayılıb.
"Ötən il 72 mindən çox mənşə sertifikatı verilib"
FED.az xəbər verir ki, Azərbaycanda isə buna çox az rast gəlinir. Belə ki, piştaxtalardakı əksər məhsullar barədə demək olar ki məlumat yoxdur. Yəni meyv-tərəvəzin mənşəyi, hansı təsərrüfata aid olması bir tərəfə, istehsal edildiyi ölkə, rayon belə bir çox hallarda qeyd edilmir. Satıcılar da buna bir o qədər ehtiyyac olmadığını düşünürlər.
Hətta bəzi satıcılar inandırmağa çalışdılar ki, məhsullara dair müvafiq yazıları var, ancaq onları piştaxtaya qoymaq yaddan çıxıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, meyvə-tərəvəzlərin üzərində mənşəyi, istehsal olunduğu ölkə haqqında məlumtların yazılması qanunla tənzimlənir.
Ekspert bildirir ki, bir çox satıcı sözügüdən qaydalara məhəl qoymur. Bu da istehlakçı hüquqlarının pozulmasıdır. (Xəzərxəbər)