Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 55 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
Eləcə də bax: AZAL-ın sərnişin daşımaları - Kəskin Azalıb
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 mln 145 min ABŞ dolları və yaxud 40 dəfə azdır.
Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında AZAL 2,2 mln ABŞ dolları dəyərində xidmət ixrac edib. (Report)