Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
Eləcə də bax: Neft Fondunun 2022 büdcəsi hazırdır - Prezidentə Təqdim Edildi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirlır Kabinetindən verilən xəbərə görə, bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.