Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası Fondun 2022-ci il üçün büdcə layihəsinin Prezident İlham Əliyevə təqdim olunmasını tövsiyə edib.
FED.az xəbər verir ki, “13 dekabr tarixində ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və digər məsələlər müzakirə edilib. Dövlət Neft Fondunun 2022-ci il üçün büdcə layihəsinin Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunub”, - deyə Nazirlər Kabinetinin məlumatında bildirilir.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.