Bir neçə il bundan əvvəl Azərbaycan biznesinin üzünə ixrac qapıları açılanda məlum oldu ki, ən yaxşı ixrac məhsullarıdan biri xurmadır. Hər halda Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov FED.az-a bildirir ki, Azərbaycanda yetişdirilən xurmanın 90%-i ixraca gedir. Bu işlə məşğul olanlar isə böyük gəlir götürürlər. Doğrudur, problemlər də var, amma onlar harada yoxdur?
Eləcə də bax: Dünyada defisitdir, tonu 55 min dollar - AZƏRBAYCANDA DA VAR
- Qadir müəllim, Assosiasiyanın nə qədər üzvü var?
- Cəmiyyətin 59 üzvü var və bu üzvlər ümumilikdə 230 hektardan artıq xurma bağlarına sahibdirlər. Ümumilikdə isə ölkədə minlərlə irili-xırdalı xurma əkən fermer var. Onların min hektarlarla xurma sahəsi var.
- İndi xurma ən çox hansı rayonlarda əkilir?
- Azərbaycanda xurma 17 rayonda becərilir. Bunlar Zaqatala, Qax, Balakən, Gəncə, Samux, Göygöl, Ağdaş, Göyçay və sairlərdir. Xurma ən çox Ağdaş, Göyçay, Kürdəmir, Şəmkir və başqa rayonlarda əkilir. Ən çox xurma əkilən rayon Göyçaydır. Ölkədən ixrac edilən xurmanın 20%-dən çoxu bu rayonun payına düşür.
Eləcə də bax: Əsas qida məhsuludur, istehsalı və idxalı azalır- STATİSTİKA
- Hər il nə qədər xurma yığılır?
- Azərbaycanda il ərzində 200 min ton xurma istehsal edilir. Elə bu il də 200 min tondan bir qədər artıq xurmanın yığılacağını gözləyirik. Yəni ötənilkindən bir qədər artıq.
- Bunun nə qədər hissəsi ixrac olunur?
- Bunun cəmi 10%-ölkə axilində istifadə edilir Əksər hissə, təqribən 180 min ton xaricə xrac olunur. Xurmalar Azərbaycandan Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və ərəb ölkələrinə göndərilir.
- Xurma bağının hər hektarından nə qədər məhsul alınır, orta hesabla?
- Hər hektardan 30-70 ton arasında xurma meyvəsi alınır.
- Bəs xurmanın qiyməti nə qədərdir? Yəni fermerlər bir hektardan nə qədər qazana bilirlər?
- Baxın, hazırda ixracla məşğul olanlar xurmanı fermerlərdən təqribən 60 qəpikdən alırlar. Bu ölkə daxilindəki qiymətdir.
Eləcə də bax: Bu rayonda 1000 hektar fındıq bağları salınacaq
- Bəs xaricə ixrac edilənlərin qiyməti neçəyədir?
- Xaricə ixrac edilən xurma baha olur. Məsələn, Rusiyada xurmanın bir kiloqramı topdansatışda 70 rubldur. Bu 1,1 dollar və ya təqribən 2 manatdır. Amma burada 18%-lik ƏDV və logistika xərcləri də var. Ərəb ölkələrinə isə xurma daha yüksək qiymətə ixrac edilir. Burada xurmanın pərakəndə satış qiyməti 7-8, bəzən hətta 10 manatdır. Topdansatış qyməti isə 3 dollar və ya 5 manatdan yuxarıdır.
Dekabr-yanvarda isə daxili alış qiymətləri artır. 1 manatdan 1,5 manata yüksəlir.
- Qadir müəllim, xurma əkmək üçün azı nə qədər torpaq sahəsi olmalıdır ki, bu biznes gəlir gətirsin?
- Xurmanın məhsuldarlığı yüksək olduğuna görə, bağın sahəsi hətta kiçik olsa da, sahibinə gəlir gətirir. Xurma istehsalçısı cəmi 1 hektar sahədən də gəlir götürə bilər.
- Azərbaycanda xurmanın hansı növləri əkilir?
- Bizdə xurmanın 3 növü əkilir – «karalyok», «yumşaq» xurma və «şişburun» xurma. Bu növlərin hamısı eyni dərəcədə biznes üçün əlverişlidir və onların nə qiymətində, nə də satışı və logistikasında elə bir fərq yoxdur.
- Yığılan məhsulun neçə faizi xaricə gedir və hansı ölkələrə satırsınız?
- Ölkədə toplanan xurmanın 90%-i xaricə gedir. Statistika Komitəsinin məumatına görə ötən il xurmanın ixracından ölkəyə 91 milyon dollar gəlib, amma bu rəqəm 120 milyon dollardan artıqdır.
Əsas ölkələr dediyim kimi, Rusiya, Belarus, Moldova, Baltikyanı ölkələr, Ukrayna və Qazaxıstandır, eləcə də
ərəb ölkələrinə də ixrac edilir.
Amma həm Rusiyada, həm də digər xarici ölkələrdə bizim rəqiblərimiz də var.
- Xurma satışında əsas rəqiblərimiz kimlərir?
- Azərbaycanın xurma istehsalçılarının xarici bazarlarda əsas rəqibləri İspaniya və İsraildir.
Rusiya bazarında isə əsas rəqiblər Özbəkistan İsrail, İspaniyadır. Amma bu gün Avropa ilə Rusiya arasında sanksiyaları nəzərə alıb, öz xurmalarımızı ispanlar kimi qablaşdıra bilsək bazarda payı artıra bilərik.
- Qadir müəllim, görünür ki, xurma biznesi gəlir gətirir, bəs xurma bağlarının qiyməti neçəyədir?
- Xurma bağlarının qiyməti hektar üçün 15 min manatdan 100 min manatadək dəyişir. Xurma bağlaı ən məhsuldar dövrünə 5 ildən sonra başlayır. Belə bağların qiyməti də ən yüksəkdir.
- Ölkədə xurma əkin sahələrinin artırılmasına ehtiyac görürsınüzmü?
- Məncə ehtiyac yoxdur, xurma bağları kifayət qədərdir. Sadəcə məhsuldarlığı artırmaqla istehsalı yüksəltmək və daha çox xurma ixrac etmək olar.
- Qadir müəllim, hazırda xurma istehsalçılarının əsas problemləri nədir?
- Hazırda əsas problem - çeşidləmə avaanlığının olmamasıdır. Bu avadanlıq orta, böyük və xırda xurmaları çeşidləyib ayırır. Onun olması xurmanın daha yaxşı qablaşdırılmasına və səmərəli ixracına imkan verəcək. İlkin hesablamalarımız göstərir ki, ölkədə bir neçə yerdə, azı 4 rayonda çeşidlənmə avadanlığı qurulmalıdır. Bunlar Ucar-Ağdaş, Tərtər-Goranboy-Bərdə, Tovuz-Gədəbəy-Qazax və Samux Gəncə zonalarıdır.
- Bu avadanlığın qiyməti neçəyədir?
- Avadanlıq təqribən 300 min dollardır. Assosiasiya öz üzvlərini bu avadanlıqı almağa dəvət etsə də, fermerlərin bu sahədə biliklərini az olma üzündən onların heə də hamısı onun əhəmiyyətini bilmir.
Halbuki vaxtilə Qubada, Xaçmazda qurulan, alma çeşidlənməsi üçün avadanlıqlar bu sahədə müşüm irəliləyəşlərə imkan verib
- Bəs məsələni necə həll etmək istəyirsiniz?
- Assosiasiya təklif edir ki, ilk belə bu avadanlıq dövlət hesabına qurulsun, onun üstünlüklərini görən fermerlər sonrakı avadanlıqları almaqda maraqlı olacaqlar.
- Dövlət qurumları bu təklifə nə deyirlər?
- Onlar dedilər ki, bunun üçün yalnız güzəştli kredit ayıra bilərlər.
- Dövlətdən başqa hansı dəstəyi gözləyirsiniz?
- Saxlama kameraları azdır, onların yeri düzgün seçilərək qurulmalıdır.
- Başqa hansı çətinlik və ya problem var?
- Digər əsas problem xurmanın qablaşdırılması ilə bağlıdır. Müasir dövrdə xurmalar plastik və karton qutularda qablaşdırılaraq satıldığı halda, indiyədək Azərbaycanda taxta yeşiklərdən istifadə edilir. Bu isə ixrac imkanlarını azaltmaqla yanaşı, daha geniş təbliğata da mane olur. Yəni, karton qutuların üzərində Azərbaycan, yazıları, brend və sair imkanlar daha çoxdur.
- Xurmanın emalı ilə bağlı vəziyyət nə yerdədir? Onu emal edib satmaq olur?
- Xurmanın emalı da var, amma bu əsasən satışa yararlı olmayan xurmaların emalıdır. Emal nəticəsminjə ıxurmanın quru və ya yarım quru variantı alınır. Əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb, həmçinin dondurulmuş xurma istehsalı da təşkil olunmaqdadır.
«Bakıda 70 qəpikdir, ərəblər 10 manata alırlar» – MÜSAHİBƏ
09:11
30 Noy 2018