Son 2 ildə Azərbaycanda kərə yağı istehsalı azalır.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin statistikasında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Assosiasiya sədri: “Bu il narın ixracı ötən ilə nisbətən 20-25% artacaq”
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 19 min 625,6 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 6,7 faiz azdır. Keçən il isə 20 min 991,2 ton kərə yağı istehsal olunub. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz az olub. Buna baxmayaraq, oktyabrın 1-nə anbarlarda hazır vəziyyətdə olan kərə yağının miqdarı 2017-ci illə müqayisədə 3 dəfədən çox artıb. Əgər keçən il oktyabrın 1-nə anbarlarda 4,1 ton kərə yağı olubsa, bu il oktyabrın 1-nə anbarlarda 14,7 ton kərə yağı qalıb.
Digər maraqlı məqam bu il ölkəyə kərə yağı, digər süd yağları və pastalarının idxalında kəskin azalmanın qeydə alınmasıdır. Bu ilin yanvar-sentyabr aylarında ölkəyə 8 min 709,4 ton kərə yağı, digər süd yağları və pastaları idxal edilib ki, bu da keçən ilin anoloji dövrü ilə müqayisədə 19,6 faiz azdır. 2017-ci ildə də ölkəyə kərə yağı, digər süd yağları və pastalarının idxalında azalma qeydə alınıb. Keçən ilin yanvar-sentyabr aylarında 10 min 837,9 ton kərə yağı, digər süd yağları və pastaları gətirilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az olub.
Əsas qida məhsuludur, istehsalı və idxalı azalır- STATİSTİKA
18:57
29 Noy 2018