İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Fars körfəzi ölkələrinin ticarət palataları Federasiyası Memorandum imzalayıb.
"KƏŞ ölkələri Azərbaycana 4 milyard dollar investisiya yatırıb”
FED.az xəbər verir ki, memorandum Bakıda keçirilən İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumunda imzalanıb.
Sənəddə AZPROMO ilə Fars körfəzi ölkələri arasında iqtisadi münasibətlərin inkişafı üzrə qarşılıqlı fəaliyyətin dəstəklənməsi, Azərbaycanın Fars körfəzi ölkələrinə və Fars körfəzi ölkələrinin Azərbaycanın investisiya cəlb edilməsi, eləcə də, iqtisadi forumlar, sərgilər və ticarət missiyalarının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumu başlayıb.
Forumda "bərpa olunan enerji mənbələri (BEM), təmiz enerji, elektrik enerjisi və su layihələri üzrə əməkdaşlıq", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar", "Azərbaycan ilə Fars körfəzi ölkələri arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ərzaq sənayesi üzrə strateji tərəfdaşlıq" mövzularında panel müzakirələr aparılacaq. (Trend)