İxracın təşviqinin situmullaşdırılması istiqamətində bir sıra addımlar atılıb.
Sevil Yəhyayeva: "10 ayda Türk dövlətləri ilə ticarət dövriyyəsi 6,1 milyard dollar həcmində olub"
FED.az xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Bakıda keçirilən "Turan E-ticarət və E-İxracat Forumu"nda deyib.
O bildirib ki, bu ilin fevral ayında alibaba.com ilə AZPROMO arasında anlaşma müqaviləsi bağlanıb. Bununla da bizim məhsullarımızın satışı Alibaba.com vasitəsilə də həyata keçiriləcək.
Digər təşviq situmullaşdıran addımımız 2025-ci ildə təsdiqlənməsi gözlənilən logistik subsidiya mexanizmidir. Bu mexanizm vasitəsilə qeyri-ənənəvi bazarlara ixrac stimullaşdırılacaq.
"Bu mexanizm eyni zamanda, işğaldan azad edilmiş ərazilərdən ixrac fəaliyyətini həyata keçirən sahibkarların logistik xərclərinin 100% şəkildə ödənişini nəzərdə tutur" - deyə Sevil Yəhyayeva əlavə edib.