2021-ci ildə qüvvəyə minmiş Preferensial Ticarət Sazişi və 2024-cü ildən tətbiq edilən əlavə protokol ticarət dövriyyəsinə müsbət təsir göstərib. Hazırda iki ölkənin texniki qrupları azad ticarət sazişi üzrə təsir analizləri və qiymətləndirmə işləri aparır. Vaxtı çatdıqda Türkiyə–Azərbaycan arasında azad ticarət sazişinin imzalanması da mümkün olacaq.
Baş nazir: «Azərbaycanda 4600 Türkiyə şirkəti işləyir»
FED.az xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən "II Azərbaycan–Türkiyə İnvestisiya Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"İki ölkə artıq siyasi, sosial və diplomatik baxımdan vahid mövqedən çıxış edir və müttəfiqlik münasibətləri iqtisadi sahədə də konkret nəticələr verir. İqtisadi əməkdaşlığın real icraçıları olan sahibkarlar, sənayeçilər, idxalçılar və ixracatçılar üçün də istiqamətverici addımlar atılır.
Hazırda Azərbaycanda 7 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və bu şirkətlərin ümumi investisiya həcmi 18 milyard dollara çatır. Eyni zamanda, Türkiyədə 3 minə yaxın Azərbaycan şirkəti mövcuddur və onların yatırımları 21 milyard dollar təşkil edir. Hər iki tərəf qarşılıqlı investisiyaların artırılmasında maraqlıdır və yaranan problemlər operativ şəkildə həll edilir", - deyə, nazir əlavə edib.











