Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıb.
Qarabağda Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələrin dəyəri ümumən 5 milyard dollardır
Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb.
FED.az xəbər verir ki, bu sözləri baş nazir Əli Əsədov Bakıda keçirilən "II Azərbaycan Türkiyə İnvestisiya Forumu"nda deyib.
Onun sözlərinə görə Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəaliyyət aparır: "Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir".
"Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik. Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir", - deyə, o, əlavə edib.











