"Azərbaycanın xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib".
Eləcə də bax: Azərbaycanın qeyri-neft ixracı - 39% ARTIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7,94 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 80,4% çoxdur.
Ötən 2 ayda xarici ticarət dövriyyəsinin 5,97 milyard dolları ixracın, 1,97 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 23,3% artıb.
Son nəticədə xarici ticarətdə 4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur. (Report)