Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 14,202 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Eləcə də bax: Azərbaycanın ixracı, həm də idxalı artıb - GÖMRÜK SON RƏQƏMLƏRİ AÇIQLADI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.
Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 8,811 milyard ABŞ dolları ixracın, 5,391 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,6 %, idxal isə 8 % artıb.
Son nəticədə xarici ticarətdə 3,42 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 26,8 % çoxdur. (Report)