Bu ilin ilk 10 ayında Azərbaycan xaricə 50 762.89 ton şəkər satıb və bu satışdan 26 745.80 min ABŞ dolları gəlir əldə edib.
Eləcə də bax: Azərbaycana buğda idxalı - BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya əsasən aparılan hesablamalara görə, təkcə oktyabr ay ərzində 688.72 min ABŞ dolları dəyərində dəyərində 1 137.83 ton şəkər ixrac edilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində ixrac olunan şəkər əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30.5%, ixrac gəliri isə 59.1% çoxdur.