2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 890 233.18 ton həcmində, 246 254.95 min ABŞ dollar dəyərində buğda idxal olunub.
Eləcə də bax: Hökumət çörəyin bahalaşmaması üçün - 57 Milyon Manat Xərcləyib
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya əsasən apardığı hesablamalara görə, bu göstəricilər 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən həcm müqayisəsində 251 375.39 ton və ya 22% az, dəyər müqayisəsində isə 2 810.1 və ya 1.2% çoxdur.