Dünya Bankının yeni proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.
Eləcə də bax: AYİB: 2021-ci ildə Azərbaycan ÜDM-in artımı - 2% Olacaq
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında bildirilir.
Bank 2022-ci ildə iqtisadi artımın 3,9% olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ötən yanvar proqnozu ilə müqayisədə Dünya Bankı 2021-ci il üçün Azərbaycan iqtisadiyyatı üzrə gözləntilərini 0,7 faiz bəndi artırıb, 2022-ci il üçün isə 0,6 faiz bəndi azaldıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb. (Apa)