Bu ilin yanvar-may aylarında Azərbaycan 62,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 28% azdır.
Eləcə də bax: Azərbaycanda qızıl istehsalı - 23% AZALIB
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir ki, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 87,4 mln. dollar təşkil edib.
Məlumata görə, may ayında Azərbaycan 14,9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 34,6% azdır. (Apa)