Bu ilin yanvar-avqust aylarında Azərbaycan 109,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 21,6% azdır.
Eləcə də bax: "Anglo Asian Mining" 2022-ci il ərzində aralıq dividendlər - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın hesabatina görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 140,1 mln. dollar təşkil edib.
Məlumata görə, bu ilin avqust ayında Azərbaycan 11,2 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 15,5% çoxdur. (Apa)