Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 3 noyabr tarixində 2022-ci il ərzində Azərbaycanda fəaliyyətə görə bir səhm üçün $0,04 məbləğində aralıq dividendlər ödəyəcək.
Eləcə də bax: Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı - 13%-DƏN ÇOX AZALIB
FED.az şirkətə istinadən məlumat verir ki, şirkət rəhbərliyi 2019-cu il 31 dekabr tarixindəcari ilin sentyabr ayında 2022-ci il üçün aralıq dividendlərin ödənilməsi barədə elan edib.
Bu dividendlər sentyabrın 30-na olan vəziyyətə görə reyestrə daxil edilmiş səhmdarlara noyabrın 3-də ödənilməlidir.
Dividendlər cari məzənnə ilə funt sterlinqə konvertasiya olunacaq.
“Birləşmiş Krallıqda yerləşən səhmdarlarımızın əksəriyyəti üçün bu, cari məzənnə ilə onların ara dividendlərinin funt sterlinqlə artması deməkdir”, - məlumatda “Anglo Asian” şirkətinin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.
Xəbər verildiyi kimi, "Anglo Asian Mining" şirkəti 28 iyul 2022-ci il tarixində 2021-ci ildə fəaliyyətinin yekunları üzrə dividendlərin ödənişini həyata keçirib. Dividendlərin məbləği bir adi səhm üçün 3,5 sent təşkil edib.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, şirkət 3 yeni müqavilə blokunu sərəncamına alıb, bir blokun işlənməsindən imtina edib. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənilməsi hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb. (İnterfaks-Azərbaycan)