Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb. Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.
FED.az-ın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, təkcə ötən ilin dekabr ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 314,2 mln. ABŞ dollarlından çox təşkil edib ki, bu da illik ifadədə 3,8%-lik artım deməkdir. Ötən ilin IV rübündə isə ölkədən 914,2 mln. ABŞ dollarına yaxın qeyri-neft məhsulları ixrac olunub, bu da əvvəlki ilin analoji rübü ilə müqayisədə 7,9% çoxdur.