Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadiyyat 5,3%, qeyri-neft sektoru 6,4% artıb.
Eləcə də bax: 11 ay ərzində Azərbaycan qeyri-neft sənaye məhsullarının ixracını - 66% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, ölkənin qeyri-neft ixracı 44% artıb və bu ilin sonuna 2,6 mlrd. ABŞ dollarını ötəcəyi gözlənilir.
"Azərbaycanın strateji valyuta ehtiyatları 53 mlrd. dollara çatıb. Bu ilin 10 ayında vergilərdən proqnozlaşdırılandan əlavə 1,3 mlrd. manat əlavə vəsait büdcəyə köçürülüb. Bu, ilk növbədə şəffaflığın təmin edilməsi ilə bağlıdır", - deyə S. Məmmədov qeyd edib.
Nazir müavini nəzərə çatdırıb ki, 2022-2026 Sosial İnkişaf Strategiyasının layihəsi hazırlanıb: "Yeni iqtisadi inkişaf strategiyası bütün sahələrdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini, insan kapitalının davamlı inkişafını nəzərdə tutur. Strategiyanın həyata keçirilməsi nəticəsində ÜDM-in 2022-2026-cı illərdə 3,9%, qeyri-neft sektorunun 5% artacaq, adambaşına düşən ÜDM 6 min dolları ötərək 1,3 dəfə artırılması təmin olunacaq".