2021-ci ilin yekunları üzrə Azərbaycanda nominal ÜDM-in həcmi $53 milyard, ixrac - $21-22 milyard təşkil edəcək.
Eləcə də bax: “İnflyasiya prosesləri bizi narahat edir”
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“2021-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-i $53 milyard həcmində (2020-ci ildə - $42,5 milyard – İF), mallrın həcmi isə $21-22 milyard (2020-ci ildə - $13,5 milyard) həcmində», - Cabbarov AzTV dövlət telakanalına müsahibəsində bildiib.
Nazirin sözlərinə görə, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracında sənaye məhsullarının payı 66% təşkil edir və “bu yaxşı göstəricidir”.
“Eyni zamanda, qeyri-neft ixracının 34%-i emal olunmayan məıhsulların payına düşür və isə əsasən ASK məhsullarıdır”, - Cabbarov deyib.
Onun sözlərinə görə, “məhsul emalının hər pilləsi - əlavə dəyər, sərmayələr və yeni iş yerləridir”.
Cabbarov qeyd edib ki, 2021-ci ilin 11 ayı ərzində qeyri-neft sənaye məhsullarının ixracı $1 milyard 588,2 milyon təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 65,8% çoxdur.
Nazir sərmayələrə toxunaraq vurğulayıb ki, dövlət investisiyaları əsasən əhali, təhlükəsizlik, yolların tikintisi, digər infrastruktur, səhiyyə sahələrinə yönəldilir. “Özəl sərmayələr isə əsasən iqtisadiyyata yönəldilir, xüsusilə, yeni müəssisələrə və iş yerlərinin yaradılmasına”, - nazir əlavə edib.