Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr ayları üzrə qeyri-neft ixracının statistikası açıqlanıb.
Eləcə də bax: Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi – 5 ÖLKƏ, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, "İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 385,99 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,2% çoxdur. Təkcə cari ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik ifadədə 10,5% artaraq 269,15 mln. ABŞ dollarını ötüb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2% artaraq 2 713,40 mln. ABŞ dolları təşkil edib. (Apa)