Azərbaycanın nar ixracı üçün zəruri sertifikatlaşdırma proseslərinin sürətləndirilməsi müzakirə edilib.
Azərbaycanın nar ixracında mühüm mərhələ: ənənəvi bazarlardan yenilərinə
FED.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə müzakirələr Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, eləcə də quruma üzv olan sahibkarlarla görüşdə aparılıb.
Görüşdə nar və nar məhsullarının ixrac potensialının artırılması, yeni bazarlara çıxış imkanları və logistika xərcləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində nar məhsullarının ixrac potensialının artırılması, fitosanitar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ixrac üçün zəruri sertifikatlaşdırma proseslərinin sürətləndirilməsi və logistik xərclərin optimallaşdırılması istiqamətində məsələlər müzakirə olunub. Bununla yanaşı, ixracın şaxələndirilməsi və məhsulların yeni bazarlara çıxışı imkanları ilə bağlı təkliflər səsləndirilib, mövcud vəziyyətin təhlili aparılıb və bazar iştirakçılarının praktiki təcrübəsinə əsaslanan yanaşmalar diqqətə çatdırılıb.
Görüşün yekununda təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, mövcud çağırışların həlli üçün müvafiq addımların atılacağı vurğulanıb. Həmçinin ixrac potensialının artırılması məqsədilə görüş iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.