Ötən il Azərbaycan xaricə 8 491.73 min ABŞ dolları dəyərində 1 115.65 ton həcmində çay satıb.
Eləcə də bax: Ölkəyə idxal edilən buğdanın dəyəri 11,8% artıb, həcmi isə - 15,9% AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatlarına görə ki, illik müqayisədə çay ixracından əldə olunan gəlirlərdə və ixracın həcmində azalma müşahidə olunur. Belə ki, 2020-ci ilə nisbətən ixrac gəliri 10.3%, ixrac həcmi isə 17.8% azalıb.
Ötən il Azərbaycanın xaricdən aldığı çayın dəyəri 61 858.20 min ABŞ dolları, həcmi isə 13 965.25 ton təşkil edib. İllik müqayisədə idxal olunan çayın dəyərində 10.1% artım olsa da, idxal olunmuş çayın miqdarında 0.14%-lik azalma var.