Azərbaycanın ən böyük xam pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu ötən mövsüm ərzində (2022-ci ilin oktyabr-2023-cü ilin mart ayları) 3300 ton pambıq yağı istehsal edib.
Azərbaycanda pambıq yığımı 3 dəfəyədək azalıb
FED.az xəbər verir ki, bu barədə “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova verib. Onun sözlərinə görə, istehsal edilmiş yağın 3000 tonu ixrac edilib. Əsas ixrac ölkələri isə Türkiyə, Orta Asiya ölkələri, Suriya və s. olub. Bu ölkələr həmin yağı xammal olaraq alırlar.
Yeni mövsümdə də (2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları) son mövsümdə olduğu qədər xam pambıq yağı istehsal və ixrac etmək nəzərdə tutulur. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)