2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 159,7 milyon manat və ya ÜDM-in 0,25%-ni təşkil edib.
Eləcə də bax: AMB 2021-ci il üçün inflyasiya proqnozlarını - YENİLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 17 milyard 871,6 milyon manat (2020-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə azalma 0,5%), xərcləri 17 milyard 711,9 milyon manat (azalma 5%) təşkil edib.
2021-ci ilin 9 ayı ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 62 milyard 877,4 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.