Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub.
İqtisadiyyat nazirinin birinci müavini İspaniyada görüşlər keçirib - FOTO
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
İspaniyanın paytaxtı Madrid şəhərinə səfərin ikinci günü iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Zeytun Şurasının (IOC) icraçı direktoru Əbdüllətif Xedira arasında görüş keçirilib.
Görüşdə zeytun istehsalında və tədarükündə müşahidə olunan əsas trendlər haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər gələcəkdə bu təşkilat çərçivəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.