Bu ilin yanvar-avqust aylarında Azərbaycan 152 779,01 min ABŞ dolları dəyərində 41 981,46 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Eləcə də bax: Azərbaycan yanvar-iyul aylarında mineral gübrə ixracını - 2,2 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə demək olar ki 66%, həcmi isə 13% artıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,81% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 188 529,24 min ABŞ dolları dəyərində 67 354,77 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 66,2%, həcmi isə 12,6% artıb. 2021-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,95% təşkil edib. (Apa)