Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycanın qeyri-neft ixracı - 39% ARTIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə ixracın həcmi illik müqayisədə 2,6 dəfə artaraq 3,889 mlrd. dollar, idxalın həcmi isə 8,2% azalaraq 305,998 mln. dollar təşkil edib.
Nəticədə, yanvar-fevralda 3,583 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb. (Apa)