Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.
Eləcə də bax: Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfədən çox - ARTIB
FED.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrimizin inkişafına faydaları və perspektivlər barədə fikirlərimizi bölüşdük: "Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir". (Report)