2022-ci ildə Azərbaycandan xaricə qərənfil ixracı 3,7 dəfə artıb.
Azərbaycan Rusiyaya gül satan əsas ölkələr siyahısına - DAXİL OLUB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə ölkədən xaricə 2 milyon 198 min ədəd təzə kəsilmiş qərənfil ixrac edib. İxracın ümumi məbləği 263 min dollar təşkil edib. Bu hesabla 1 qərənfilin ixrac qiyməti 12 sent və ya 20 qəpik təşkil edib.
2021-ci illə müqayisədə qərənfil ixracı 3,7 dəfə artıb. Belə ki, 2021-c ildə Azərbaycandan xaricə, daha dəqiqi Rusiyaya 596 min ədəd təzə kəsilmiş qərənfil ixrac edilib. İxracın ümumi məbləği isə 71 680 dollar olub. Yəni 2021-ci ildə də 1 ədəd qərənfilin ixrac qiyməti 12 sent və ya 20 qəpik olub.