Azərbaycan Rusiyaya gül ixrac edən əsas ölkələrdəndir.
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Gömrük İdarəsinin mətbuat xidməti bu ilin fevralında idarə vasitəsilə ölkəyə 150 min tondan çox tər gül – qərənfil, lalə, xrizantema idxal edildiyi barədə məlumat yayıb. Bildirilir ki, Rusiyaya əsas ixracatçı ölkələr Azərbaycan, Niderland, Ekvador və Keniyadır.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, bu il ümumilikdə ölkəyə tər gül idxalı 10 faiz azalıb. Beynəlxalq Qadınlar Günü ərəfəsində bir dəstə gülün qiyməti təxminən 3 min rubl (təxminən 70 manat) təşkil edir. (Azərtac)