Bu ilin yanvar ayında Azərbaycan 3 066,00 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Eləcə də bax: Türkiyədən Azərbaycana dənli və paxlalı bitki - İxracı Artıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk ayında 1 512,73 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 3 dəfəyədək üstələyir.
Cari ilin yanvar ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,04%-ə bərabər olub. (Apa)