2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-cu ilin eyni dövrü ilə müqayisədə 25,6 faiz artaraq 7,82 milyon dollar təşkil edib.
Eləcə də bax: Azərbaycan düyü idxalını - 65%-ə Yaxın Artırıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2020-ci yanvarı ilə müqayisədə 3 faiz artaraq 601,104 milyard dollar təşkil edib.
Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,4 faizə bərabər olub.
Son 12 ay ərzində (yanvar 2020 - yanvar 2021) Türkiyə 7,314 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib. (Trend)