2021-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan 128 milyon 242 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. 2021-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton ton, 2021-ci ilin 8 ayında isə (yanvar-avqust) Azərbaycandan 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton pomidor ixrac olunmuşdu. Beləliklə, avqust ayında demək olar ki dayanmış ixrac (Avqustda cüzi - 51 min dollarlıq 64 ton pomidor ixrac edilib) sentyabrda bərpa olunmayıb. Sentyabrda da cüzi - 30 min dollar dəyərində 34 ton pomidor ixrac edilib.
Eləcə də bax: AQTA sədri: “Bu il 187 müəssisənin pomidor ixracına icazə verilib”
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında dəyər ifadəsilə23,5%, miqdar ifadəsilə 23,1% azalıb. 2020-ci ilin 9 ayında Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Maydan pomidor ixracı sürətlənmiş, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.
İyuldan yenidən pomidor ixracının aylıq həcminin azaldığı müşahidə edilir. (Marja)