Əvvəlki illərin ixrac statistikası göstərir ki, son 3 ildə ixracda dövlət sektorunun payı azalmaqda, özəl sektorun payı sürətlə artmaqdadır.
Eləcə də bax: «Ticarəti ağartdıq, 19% çox vergi yığıldı» - NAZİRLİKDƏN AÇIQLAMA
Belə ki, 2017-ci ilin ilk 4 ayında özəl sektorun ixracda payı 16,7% olduğu halda, 2018-də bu rəqəm 26,6%, 2019-da isə qeyd edildiyi kimi 40%-ə çatıb.
Özəl sektorun ixracda payı ilə yanaşı, həcmi də sürətlə yüksəlib. Belə ki, 2017-ci ildə 484 milyon dollar olan göstərici, 2018-ci ildə 3,1 dəfə artaraq 1 milyard 501,3 milyon dollara çatıb. 2019-cu ildə özəl sektorun ixracı 2 milyard 836,8 milyon dollara çatıb ki, bu da 2018-in göstəricisindən 89%, 2017-ci ilin göstəricisindən isə 5,8 dəfə artıqdır.
İsə ixracda payı azalmaqdadır. 2017-ci ilin ilk 4 ayında ölkədən ümumi ixracın 84,2%-ni təmni edən dvlət sektorunun payı 2018-ci ildə 73,1%-ə, 2019-un ilk 4 ayında isə 59,7%-ə düşüb. Dövlət sektorunun ixracda payı azalsa da, rəqəm ifadəsində göstəriciləri müsbətdir. Hərçənd, əvvəlki illərdəki artımdan danışmağına dəyməz. Belə ki, 2017-ci ilin ilk 4 ayında dövlət sektoru hesabına 2 milyard 891,6 milyon dollar təşkil edibsə, 2018-in analoji dövründə 4 milyard 136,7 milyard dollar, 2019-da isə 4 milyard 236,1 milyon dollar olub.
Dövlət və özəl sektordan fərqli olaraq fiziki şəxslərin ixracda ciddi uğurları yoxdur. Əksinə, 2017-ci ildə fiziki şəxslərin xətti ilə ölkədən 54,7 milyon dollar ixrac olmuşdu və onlar bu göstərici ilə ixracda 1,6% paya malik idilər. 2018-ci ildə bu göstərici kəskin azalaraq 13,9 milyon dollara endi, ixracda isə fiziki şəxslərin payı 0,23% təşkil etdi. 2019-cu ilin ilk 4 ayında isə fiziki şəxslər ölkədən 17 milyon dollarlıq mal ixrac ediblər ki, bu da ümumi ixracın 0,24%-i deməkdir.
2017-2019 illər üzrə Azərbaycanın ixrac əməliyyatları üzrə göstəriciləri
İllər üzrə göstərici |
2017-ci il |
2018-ci il |
2019-ci il |
Dövlət sektorun payı |
84,2% |
73,1% |
59,7% |
Özəl sektorun payı |
16,7% |
26,6% |
40,0% |
Fiziki şəxslərin payı |
1,6% |
0,23% |
0,24% |