Azərbaycanda tərəvəzlərin qiymətində bahalaşma müşahidə edilir.
Eləcə də bax: Azərbaycanın xaricə pomidor satışından gəliri - ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2022-ci ilin iyun ayı 2021-ci ilin iyun ayına nisbətən tərəvəzlərin qiyməti 71.1% bahalaşıb.
Tərəvəzlərin qiyməti 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin yanvar-iyun aylarına nisbətən isə 65% artıb.
Onu da qeyd edək ki, 2022-ci il iyul ayının 1-nə kimi tarlalardan 794.5 min ton (2.3 faiz çox) tərəvəz, 108.4 min ton (8.2 faiz çox) bostan məhsulları, 150.4 min ton (12.3 faiz
çox) meyvə və giləmeyvə yığılıb.