2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 126 milyon 868 min dollar dəyərində 105 780 ton pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycandan xaricə pomidor satanların gəliri - 100 Milyon Dollara Çatır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan 123 milyon 588 min dollar dəyərində 113 837 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 3% artıb, miqdar ifadəsilə 7% azalıb.
2022-ci ilin təkcə iyun ayında Azərbaycandan 35 milyon 818 min dollar dəyərində 30 008 ton pomidor ixrac edilmişdi. Cari ilin may ayında Azərbaycandan 32 milyon 833 min dollar dəyərində 27 min 704 ton pomidor ixrac edilmişdi.
Onu da qeyd edək ki, iyun ayında 1 ton pomidor ölkəyə 1 194 dollar valyuta gətirib.