Azərbaycanda ən çox bahalaşan qeyri-ərzaq malları məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ölkədə ən çox qiymət artımı müalicə ləvazimatları və cihazları 3,2%, açıq havada idman, turizmlə məşğul olmaq və istirahət etmək üçün əşyalar 3,1%, xalça və digər döşəmə örtükləri -3%-nin qiymətlərində olub.
Eləcə də bax: Azərbaycanda son bir il ildə - ƏN ÇOX BAHALAŞAN ƏRZAQLAR - AÇIQLANDI
Bundan başqa velosipedlərdə 2,9%, şüşə məmulatları, yemək qabları və əşyaları – 2,3%, oyuncaqlar 2,4%, dəftərxana və şəkil çəkmək üçün ləvazimatlar 2,3% bahalaşıb.
Bahlaşma ilə yanaşı son bir ildə qiyməti ucuzlaşan məhsullar da var. Bunlar arasında minik avtomobilləri -2,5%, məişət cihazları 0,2%, telefon aparatları – 1,1%, kitablar 3,8% ucuzlaşıb.