2018-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanda bir çox qida məhsulları bahalaşıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ən çox qiymətində artım tərəvəzlərdə olub. Bu məhsullar 9,5% bahalaşıb.
Eləcə də bax: Azərbaycanlılar Dubayda bal, meyvə, çay, düyü və ət - SATMAQ İSTƏYİRLƏR
Tərəvəzlərdən sonra ən çox bahalaşma süd məhsulları, pendir və yumurtanın qiymətində olub. Bu məhsulların qiyməti 7,4% artıb.
Son bir ildə çörək məmulatları və yarmalar 4,0%, ət və ət məhsulları 3,5%, mineral sular, sərinləşdirici içkilər və şirələr 4,2% bahalaşıb. Ən böyük bahalaşma tütün məmulatlarında olub-9%.
Ucuzlaşma yalnız meyvələrin qiymətində olub - 0,5%.