“Nəzərə alaq ki, bu qanun layihəsi uzun müddətdir hazırlanır. Deputatlar, iqtisadçılar arasında hər zaman Rəqabət Məcəlləsi ilə bağlı mövzu qaldırılırdı”.
“Qohumluq əlaqələri ilə eyni subyektləri fərqli insanlar idarə edir”
FEDaz biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Nazir qeyd edib ki, sağlam rəqabət ölkənin inkişafı təmin edən əsas faktorlardan biridir: “Ədalətli rəqabətdən təkcə dövlət deyil, sadə vətəndaşlar, istehlakçılar qazanır. Rəqabətin qarşısında süni maneələrin olması yalnız müəyyən qrupların maraqlarına xidmət edir. Rəqabət mühitinin effektiv olması bünövrə şərtlərin düzgün təşkil olunmasından asılıdır”.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanda rəqabət mühiti zəif inkişaf edib: “ Buna görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və digər aidiyyəti qurumlardan bununla bağlı daha effektiv tədbirlər tələb olunur”.