Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam qanunvericiliyinin pozulması ilə bağlı 84 müraciətə baxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
Reklam qanunvericiliyinin pozulması ilə mübarizə üsulları müzakirə edilib
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə təmin olunan müraciətlərin sayı isə 2 dəfəyə yaxın artaraq 52-yə çatıb.
"Dövlət Xidmətinin reklam (açıq məkanda reklam istisna olmaqla) qanunvericiliyinə riayət olunması istiqamətində həyata keçirdiyi tədbirlər sahibkarlıq subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasına xidmət edir", - deyə M.Abbasbəyli qeyd edib.