İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.
Bu hotellərin açıq məkandakı reklam yayımları dayandırılacaq
FED.az xəbər verir ki, görüşdə reklam sahəsində mövcud problemlər, müvafiq sahədə tənzimləmə alətləri, haqsız, qeyri-dəqiq və gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi hallarının aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Müvafiq sahədə qanunvericiliyin tələbləri, reklam qanunvericiliyinin pozulması ilə əlaqədar təcrübədə qarşıya çıxan hallar və onlarla mübarizə üsulları müzakirə edilib.
Görüş zamanı həmçinin reklam bazarının inkişafı və reklam subyektlərinin maraqlarının təmin olunması istiqamətində sağlam rəqabət mühitinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.