İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AZSERTCENTER” MMC-nin istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim etdiyini üzə çıxarıb.
Eləcə də bax: “Soliton” şirkətinə istehlakçıları çaşdırdığına görə - İŞ AÇILDI
Bu barədə FED.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bunu nəzərə alaraq qurumun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi şirkətin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatını ləğv edib.