2021-ci ildə Azərbaycan əsasən 3 istiqamətdə - işğaldan aad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparmış və xeyli uğurlara nail olub.
Eləcə də bax: Hökumətin 2022-ci ildə qarşısında duran əsas vəzifələr - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77 %, qeyri-enerji qiymətləri 20,2 %, ərzaq qiymətləri isə 23,1 % artıb:
“Hesabat ilində ölkəmizdə ÜDM-in 5,6 %, qeyi-neft qaz sektorunun 7,2 %, qeyri-neft sənayesinin 18,9 %, kənd təsərrüfatı istehsalının 3,4 %, qeyri-neft ixracımızın 38,4 %, strateji valyuta ehtiyatlarımızın 2,4 milyard ABŞ dolları artması, müsbət ticarət saldosunun 12,1 milyard ABŞ dollarını ötməsi, xarici birbaşa dövlət borcunun 8,7 % azalması və ÜDM-in 13,5 %-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96 %-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”. (Report)