Azərbaycanda 2023-2024-cü illərdə ən çox dövlət metroloji nəzarət tədbirləri "Bakı Metropoliteni" QSC-də aparılıb.
“Azərbaycanın rəqabətliliyə davamlılığı artırılacaq”
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Bu qurumda yoxlanılan 6 713 cihaz və avadanlıqların hamısında nöqsan aşkar edilib.
Bundan başqa, "AzərEnerji" ASC-də aparılan 5 578 cihaz və avadanlıqların 3 911-də, "Azərbaycan Dəmir Yolları" ASC-də 3 618 yoxlanılan cihaz və avadanlıqların 3 481-də nöqsan aşkarlanıb.
Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yoxlanılan 639 cihaz və avadanlığın 250-də nöqsan aşkarlanıb.
Hesabat dövründə Kənd Təsərrüfatı Nazirliyində yoxlanılan 544 cihaz və avadanlığın hamısında, "Azərsu" ASC-də yoxlanılan 538 cihaz və avadanlığın 127-də, "Azərbaycan Hava Yolları" QSC-də yoxlanılan 375 cihaz və avadanlığın 231-də nöqsan aşkarlanıb. (Report)