Azərbaycanın rəqabətliliyə davamlılığının artırılması proqnozlaşdırılır.
“Rəqabət Məcəlləsinin tətbiqi özəl sektorun inkişafına dəstək olacaq” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Milli Metrologiya Forum"unda deyib.
Onun sözlərinə görə, Azərbaycanda uzunmüddətli islahatlar aparılır: “Bu islahatların tərkib hissəsi kimi ölkəmizin rəqabət qabiliyyətinin artacağını gözləyirik. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i proqramında da ölkəmizdə rəqabətin təmin edilməsi əks olunub”.
O qeyd edib ki, Azərbaycanın rəqabət qabiliyyətinin artırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uzun yol keçilib: “Artıq qanunvericiliyə dəyişiklik paketi hazırdır. Razılaşma mərhələsindən və ölkə rəhbərinin imzalamasından sonra mövcud qanunvericilik bazasının hədəflərə, məqsədlərə və çağırışlara davam gətirmək üçün baza təkmilləşdiriləcək”. (Report)