Azərbaycanda mebel istehsalı artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycanda ümumi dəyəri 115012,4 min manat olan mebel istehsal olunub. 2018-ci illə müqayisədə 2019-cu ildə mebel istehsalı 29,5% artıb.
Eləcə də bax: Azərbaycanda benzin istehsalı azalıb - DİZEL ARTIB
Həmçinin zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalında 13,3%, elektrik avadanlıqlarının istehsalında 1,1%, kompüter, elektron və optik məhsulların istehsalında 51%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 22% artım qeydə alınıb.